Noyabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Dəlinin qeydləri" mono-tamaşasının növbəti nümayişi olacaq.
Lent.az-ın məlumatına görə, N.Qoqolun məşhur qəhrəmanı Aksentiy İvanoviç Poprişinin xatirələri yenidən dinləniləcək.
25 ildir respublikanın əməkdar artisti Şövqi Hüseynovla "yol yoldaşı" olan "Dəlinin qeydləri" bu illər ərzində dünyanın müxtəlif ölkələrində oynanılıb. Bir çox beynəlxalq teatr festivallarının əsas mükafatını qazanıb.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Mono-tamaşanı 25-ci yubiley ilində seyr etmək istəyənlər noyabrın 8-i saat 19.00-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinə dəvət olunurlar.